12 Mart 2014 Çarşamba

ƏHMƏD CAVAD BELƏ DEMİŞDİ:

Gəncənin köhnə kişiləri danışırmışlar: Cavad əfəndi 15-ə yaxın qız uşağını varlı ailələrə verib deyərmiş: “bu qızlar bizim namusumuzdur, rusların əlinə keçib bədbəxt olmasınlar. Öz balanız kimi baxın, böyüdün!”

Söhbət Əhməd Cavaddan gedir.

11 Mart 2014 Salı

AZƏRBAYCAN ROMANTİZM FƏLSƏFƏSİ

XX əsrin əvvəllərində Azərbaycan Romantizm fəlsəfəsi də təşəkkül və inkişaf mərhələsini keçirirdi. Bu fəlsəfə Azərbaycan Maarifçiliyi kimi dövrdən və şəraitdən doğan özünəməxsusluqlarla yanaşı, Qərb Romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa malik bir sıra cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan Romantizminə xas cəhətlər Maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik panteist fəlsəfəyə qayıdış və bu mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insana və vətənə təzadlı münasibət, milli dilə, milli mənəvi-mədəni dəyərlərə, etnikliyi təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə münasibət, xoşbəxt utopik cəmiyyətə inam və s. universal sosio-mədəni fenomen olan Romantizmin keyfiyyət cəhətləri idi. Azərbaycanda Maarifçilik kontekstində yaranan Romantizm fəlsəfəsi əvvəlcə dünyəvi Maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra isə sosializmin “xoşbəxt cəmiyyətinə” inamı itirərək mistik maarifə, qnostik mərifətə üz tutur, mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və “hər şeyin rəng olması” (Səməd Mənsur) qənaətinə gəlmişdi.
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil edən fəlsəfi poeziyanın nümayəndələri Məhəmməd Hadinin (1879–1920) utopik bərabərlik cəmiyyətindən bəhs edən “Aləmi-müsavatdan məktublar”, “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” və s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini tapmışdır.

KONFUTSİ FƏLSƏFƏSİ

Konfutsinin kәlamları ölümündәn sonra şagirdlәri tәrәfindәn «Düşüncәlәr vә aforizmlәr» kitabında toplanmışdır. Аlimin fәlsәfi sistemi sonrakı Çin hakim tәbәqәlәrinin ideologiyasına хidmәt etdiyinә görә az qala ölkәnin hәr şәhәrindә onun şərәfinә mәbәdlәr yaradılmışdır.
Konfutsinin diqqәt mәrkәzindә insan, onun ailә vә cəmiyyətdəki mövqeyi durur. Yaхşı oğul — pis oğul, yaхşı ata — pis ata, yaхşı tәbәә — pis tәbәә, yaхşı hökmdar — pis hökmdar onun etik norma kimi hәll etmәk istәdiyi mәsәlәlәr bunlardır.
Konfutsi әlbәttә, bu cәhәtlәrin «yaхşı»larının tərəfdarı idi. O, buna nail olmaq üçün müәyyәn «davranış norması» tәklif etmişdir. Hәmin normalar bunlardır: səmimiyyət, sədaqət, hörmәt, təvazökarlıq, mülayimlik, güzəşt vә s. Еyni zamanda o, bu keyfiyyətləri müәyyәn hәdd daхilindә arzulamışdır. Әks tәqdirdә hörmәt-qorxaqlığa, cəsarət-azğınlığa, doğruçuluq- tündmәcazlığa çevrilә bilәr.
Bununla belә, onun adamlardan әn çoх tələb etdiyi keyfiyyət — humanizmdir. Filosofa görә, humanizm — bütün yaхşı cәhәtlәrin məcmusudur. Oğulun ataya hörməti, qardaşın qardaşa məhəbbəti «humanizmin köküdür». Oğullar ataya qulaq asmalı, valideynlər dә övladlarla iltifatlı olmalıdır.

10 Mart 2014 Pazartesi

EYNŞTEYN VƏ SPİNOZA

Eynşteyndən müsahibə götürən jurnalist ondan Allaha inanıb-inanmadığını soruşur. Eynşteyn cavabında "İ believe Spinozas God" (Mən Spinozanın Allahına inanıram) -deyir.
Dünya şöhrətli alimin inandığı Allah və onun yaradıcısı Spinozanin fəlsəfəsi barəsində konkret bir şeylərə aiddir. Spinozaya görə :

- ali substaniya Allah və o yaratdığı digər substansiyalar arasında fərq yoxdur.( Substansiya - öz varlıgı üçün özündən əlavə hec nəyə ehtiyacı olmayan mahiyyətdir)
- özündə bütün movcudiyyəti birləşdirən tək vahid substansiya movcuddur.
- bu substansiya özündə ətraf dünyanı (təbiəti) və Allahı birləşdirir
- təbiətdən üstün olan , ondan kənarda olan və yaradan Allah yoxdur
- təbiət və Allah vahiddirlər
- Allah təbiətin daxilindədir
- yalnız vahid "Təbiət-Allah" substansiyası yaratmaq xüsusiyyətinə malikdir, "yaradan dünya" olub "yaradılan dünyanı" - tək şeylər yaradır.
- tək şeylər qeyri-asılı mövcud deyillər , onlar sadəcə olaraq vahid "Təbiət-Allah" substansiyanın ifadələri , "moduslarıdır"
- modusların olmasının xarici səbəbi vahid substansiyadır (Təbiət -Allah) , moduslar ondan tam asılıdırlar, deməli dəyişikliklərə meyllidirlər, zaman və məkan çərcivələrində hərəkət edirlər, öz varlıqlarının əvvəlinə və sonuna malikdirlər.

William Shakespeare DEYİR Kİ:

“Əslində heçnə yaxşı ya da pis deyil, hər şey düşüncə tərzinə görə dəyişər.
                                     -William Shakespeare

KİMDİR GÜNAHKAR?

"Mübahisə edərkən ilk öncə qarşımızdakı insanda səhv axtararıq.Halbuki çoxu zaman günahın mənbəyi özümüz olarıq."                               -Eradus

KANT - TANRI VƏ ELM HAQQINDA

Kant yazır ki, Tanrının nə olmasını, nə də olmamasını, dünyanın başlanğıcını, ya sonsuzluğunu elmi yolla düşünə bilmərik. Çünki onları görüb-eşidə bilmərik, yəni onlar təcrübəmizin içinə girə bilmir, təcrübəmizin hədəfi olmur. Halbuki əsl elm duyulası, görüləsi şeylər dünyasında iş görə bilir. Yanılan kimi təcrübəyə baxıb, özünü düzəldir. Ona görə də yalnız təcrübəni elmi yolla düşünmək olar. Yalnız təcrübə ilə bağlı hamıya sübut olunan, deməli, hamının doğru kimi qəbul edəcəyi biliyi qazanmaq olar.

Sözüüzədeyən SOKRAT

Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib: "Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər". Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib…

Bədənini murdarlayaraq öz namusunu qoruyan anamız Şükriyyə ana

Əhməd Cavadın xanımı Şükriyyə xanım.Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın.
Ceyran Bayramova:-Şükriyyə özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar? Niyə, niyə, niyə?Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!
Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir:
-Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.
Ceyranı elə bil ayağından yerə mismarladılar, udqundu, heykəl təki quruyub qaldı.
Sükut. Şükriyyə Cavadı, o işıqlı günləri, gül balaları xatırlayır. İlahi,o günləri bir də qaytar, qaytar, qaytar!!!
- Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.

DETERMİNİZM

" - sosial-iqtisadi və digər hadisə və proseslərin səbəbiyyət şərtlənməsi, onların qanunauyğunluqları haqqında təlim.Qısaca, “Hər hadisə əvvəlkinin nəticəsidir və sonrakının səbəbidir”

"Uğurun açarı..."

"Uğurun açarı bilmirəm nədir, amma uğursuzluğun açarı hər kəsi məmnun etməyə çalışmaqdır..."                                                        -Bill Cosby