10 Mart 2014 Pazartesi

MİRZƏ ƏLƏKBƏR SABİR -"Sual-cavab"

- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut,
Boyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını

0 yorum:

Yorum Gönder

Fikriniz bizim üçün önəmlidir.Rəyinizi buraya yazın.