Qədim Yunan filosofu. Levkippin tələbəsi, Atomistikanın əsasını qoyanlardan biri.
Demokrit hadisələri müşahidə edərək belə nəticəyə gəlmişdir: bizə belə görünür ki, cisimlər bütövdür.Əslində isə onlar çoxlu zərrəciklərdən təşkil olunmuşdur, cisimlərdəki zərrəciklər formaca müxtəlifdir. Çox kiçik olduğundan onları görmək olmur. Bölünməyən zərrəcikləri o "atom" adlandırmışdır. Atom sözü yunanca "bölünməz" deməkdir.Onun fikrincə:
"Kainatın başlanğıcı- atomlar və boşluqdur, yerdə qalanlar isə fikirlərdə mövcuddur. Dünyalar sonsuz qədər çoxdur, onlar zamana görə başlanğıca və sona malikdirlər. Heç nə yoxdan əmələ gəlmir və yox olmur. Atomlar da ölçüləri və çoxluğu etibarı ilə saysız-hesabsız olub, kainatın burulğanlarında fırlanaraq hərəkət edir, beləliklə bütün mürəkkəb şeylər: od, su, hava, torpaq yaranır. Sonuncular bəzi atomların birləşməsinin nəticəsidir. Atomlar möhkəm likləri nəticəsində dəyişilmir. Atomlar dəyişilməz və əbədidir, bölünməz və nüfuz edilməzdir, daim hərəkətdədir".
0 yorum:
Yorum Gönder
Fikriniz bizim üçün önəmlidir.Rəyinizi buraya yazın.